"Daha güclü saçlarımla"
adlı stimullaşdırıcı tirajlı lotereyanın
keçirilmə şərtləri

1. Lotereya təşkilatçısı haqqında məlumat

Adı: «121» Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "Təşkilatçı")
VÖEN: 1301710961
Hüquqi ünvan: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44
Faktiki ünvan: AZ1000, Bakı şəhəri, Səməd Vurğun 17
Əlaqə tel.: 012 4971088; 0553333121
Bank rekvizitləri: Bank Respublika ASC Bakı / Azərbaycan
SWIFT: BRESAZ22
Müxbir hesab: AZ80NABZ01350100000000014944
Kod: 508182

1.1.Lotereyanın Sifarişçisi haqqında məlumat
Adı: «Prokter & Gembl Azərbaycan Servisləri» Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra – “P&G”)
VÖEN: 1700533021
Ünvan: AZ1010, Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90A, Landmark III, 4-cü mərt.
Əlaqə tel.: 012 598 07 11

2.Lotereyanın adı və keçirilmə forması, keçirildiyi ərazi, o cümlədən "stimullaşdırıcı lotereya" sözləri


Lotereyanın adı: “Daha güclü saçlarımla ” adlı Stimullaşdırıcı 3 tirajlı lotereya (bundan sonra - "Lotereya")
Keçirilmə forması:
    ● Adi rejimdə keçirilən stimullaşdırıcı tirajlı lotereya.
    ● Lotereya ümumazərbaycan, qeyri-dövlət lotereyasıdır.
    ● Uduş fondu Lotereyanın Təşkilatçısı hesabına formalaşır.
Keçirildiyi ərazi: Lotereya şərtlərin 4-cü bəndində təyin olunan mallar satılan Azərbaycan Respublikasının bütün ərazisində keçirilir.
Keçirilmə əsasları: Bu Lotereya Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 1951100017 nömrəli, 11.03.2019-cu il tarixli Qərarı ilə təsdiqlənən “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”-nı əsasən keçirilir.

3.Lotereyanı keçirmək hüququnu əldə etdikdə, lotereya başlamazdan əvvəl onun şərtlərinin elan olunacağı kütləvi informasiya vasitəsinin adı

Lotereyanı keçirmək hüququnu əldə etdikdə Lotereya başlamazdan əvvəl onun şərtləri pantenesaci.az , “Sağlam Saçlar” (https://www.facebook.com/saglamsaclar/) facebook səhifələri vasitəsi ilə elan olunacaq.

4.Lotereyanın keçirilməsi müddəti, lotereyada iştirak hüququnun və biletlərin əldə edilməsi yerləri və qaydası

Keçirilmə müddəti : Lotereyanın keçirilməsi müddəti 10.10.2019-cu ildən 29.11.2019-cu ilə qədərdir.
İştirak hüququn və biletlərin (digər daşıyıcıların) əldə edilməsi yerləri və qaydası: Lotereyada Azərbaycan Respublikası ərazisində yaşayan 18 yaşı tamam olmuş Azərbaycan Respublikasınım qadın vətəndaşları, həmçinin Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla yaşayan əcnəbi və vətəndaşlığı olmayan qadınlar könüllü şəkildə iştirak edə bilər.
Azərbaycan Respublikasının ərazisində yerləşən istənilən ticarət obyektində “Pantene” ticarət nişanı altında satılan “3 dəqiqədə möcüzə” balzamı (bundan sonra “Mal”) almaq və bu alışı təsdiq edən nəzarət kassa aparatının çekini əldə etməklə Lotereyada iştirak hüququ qazanılır.

5.Lotereya biletləri (onlara bərabər tutulan digər məlumat daşıyıcıları) və onların əldə edilməsi qaydaları haqqında məlumat.

4-cü bənddə qeyd olunan malın alındığını əks etdirən nəzərət-kassa aparatının çeki lotereya biletinə bərabər tutulan digər məlumat daşıyıcısı hesab olunur. Malı Azərbaycan Respublikası ərazisind yerləşən istənilən ticarət obyektindən almaq olar.

6.Lotereyanın (hər tirajın) uduş fondu haqqında məlumat (hər bir uduşun adı və miqdarı)


Lotereyanın uduş fonduna aşağıdakılar daxildir:
Uduş №1
Uduşun adı: “Pantene Altın Kelebek” tədbirində iştirak (İstanbula gediş-gəliş xərcləri, mehmanxana və yemək xərcləri daxil) və 2000 (iki min) manatlıq hədiyyə kartı****
Oynanılacağı tiraj nömrəsi: 1-ci Tiraj*
Miqdar: 1
Ümumi miqdarı : 2
Uduş №2 Uduşun adı: “Pantene Altın Kelebek” tədbirində iştirak (İstanbula gediş-gəliş xərcləri, mehmanxana və yemək xərcləri daxil) və 2000 (iki min) manatlıq hədiyyə kartı****
Oynanılacağı tiraj nömrəsi: 2-ci Tiraj**
Miqdar: 1
Ümumi miqdarı: 2
Uduş №3
Uduşun adı: “Pantene Altın Kelebek” tədbirində iştirak (İstanbula gediş-gəliş xərcləri, mehmanxana və yemək xərcləri daxil) və 2000 (iki min) manatlıq hədiyyə kartı****
Oynanılacağı tiraj nömrəsi: 3-cü Tiraj***
Miqdar: 1
Ümumi miqdarı: 2
Cəmi: 6

  • *1-ci tirajda 2 qalib olacaq, bu bənddəki cədvəldə göstərilən “Pantene Altın Kelebek” tədbirində iştirak və 2000 (iki min) manatlıq hədiyyə kartı” uduş paketini qazanacaq.
  • **2-ci tirajda 2 qalib olacaq, bu bənddəki cədvəldə göstərilən “Pantene Altın Kelebek” tədbirində iştirak və 2000 (iki min) manatlıq hədiyyə kartı” uduş paketini qazanacaq.
  • ***3-cü tirajda 2 qalib olacaq, bu bənddəki cədvəldə göstərilən “Pantene Altın Kelebek” tədbirində iştirak və 2000 (iki min) manatlıq hədiyyə kartı” uduş paketini qazanacaq.
  • ****Qalib öz qərarına əsasən aşağıdakı şirkətlərdən birinə məxsus olan və həmin şirkətin bütün geyim mağazalarında keçərli olan kartı seçə bilər: “Sinteks” MMC, “Novco” MMC, “Retail Group Azərbaycan” MMC “

7.Lotereyanın (hər tirajın) uduş fondunun oynanılması qaydaları

7.1. Lotereyaya göndərilən və realizəsi sitimullaşdırılan mallar “Pantene” ticarət nişanı altında satılan növbəti məhsuldan ibarətdir: “3 dəqiqə möcüzəsi” balzamının bütün növləri (bundan sonra “Mal”)
7.2. Lotereyada iştirak etmək istəyən şəxs (bundan sonra “İştirakçı”) 7.1-ci bənddə qeyd olunan malı istənilən ticarət məntəqəsindən alır və mütləq qaydada nəzarət-kassa aparatının çekini (“çek”) tələb edir.
7.3. Sonradan İştirakçı www.guclusaclar.az internet saytına (“İnternet saytı”) daxil olaraq çekin tarixini, çekin sıra nömrəsini (Bundan sonra “Kod”), özünün ad, soyad (A.S.), mobil telefon nömrəsini və elektron poçt ünvanını (toplamda “Məlumatlar”) həmin İnternet saytına daxil edir.
*Sıra nömrəsi aşağıdakı şəkildə göstərilən ardıcıllıqda müxtəlif saylı rəqəm kombinasiyalarından ibarətdir:
0-0000000
*Sıra nömrəsi aşağıdakı şəkildə göstərilən ardıcıllıqda müxtəlif saylı rəqəm kombinasiyalarından ibarətdir:
0-0000000
7.4. Məlumatlar daxil edildikdən sonra İştirakçı öz iştirakını təsdiq etməlidir.
7.5. İştirakçı öz iştirakını təsdiqlədikdən sonra ekranda lotereya üçün qeydiyyatının tamamlanması barədə məlumat gələcək. Məlumatda həmçinin çeki saxlamalı olduğu da qeyd olunacaq. Həmin çek qalib olacağı təqdirdə İştirakçı tərəfindən uduşu almaq üçün təqdim edilməlidir.
7.6. Bir çek yalnız bir dəfə qeydiyyatdan keçirilə bilər.
7.7. Hər İştirakçı bir tirajda oynanılması üçün 5 çeki qeydiyyatdan (“qeydiyyat sayı”) keçirə bilər. Qeydiyyatdan keçirilən hər çek bir iştirak haqqı deməkdir.
7.8. Qeydiyyat zamanı dəqiq məlumatları daxil etmiş iştirakçılara “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən lotereya biletinə bərabər tutulan digər məlumat daşıyıcısı ilə bağlı olan lakin əks olunması həmin məlumat daşıyıcısında mümkün olmayan rekvizitlər elektron formada (elektron poçt ünvanına məlumatın göndərilməsi yolu ilə) iştirakçıya göndərilir. Məlumatda aşağıdakılar əks olunur: Təşkilatçının tam adı və olduğu yer; lotereyanın adı və keçirilmə forması, o cümlədən "stimullaşdırıcı lotereya" sözləri; çekin nömrəsi; tirajın uduş fondunun oynanılması tarixi; lotereya biletinin istifadə edildiyi tirajın sıra nömrəsi: lotereyanın uduş fondu haqqında məlumat; lotereyanın uduş fondunun oynanılması şərtləri haqqında məlumat; uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat; lotereyanı keçirmək hüququnun əldə olunması haqqında məlumat (tarix daxil olmaqla).
7.9. Qeydiyyat üçün Təşkilatçıya gələn məlumatlar Excel fayl şəklində qeyd olunur. Cədvəl faylı qeydiyyatdan keçən İştirakçılar tərəfindən göndərilmiş kodlara əsasən formalaşdırılır. Daxil olan uğurlu məlumatlar xüsusi hazırlanmış kompüter proqram təminatının (random.org) məlumat bazasına yüklənilir. Proqrama uduşların adları və sayları daxil edilir. Proqram təsadüfi şəkildə iştirakçılar arasından müvafiq sayda qalib təyin edir. Qaliblərin uduşlu fərdi kodu, çekin tarixi və telefon nömrəsi son iki rəqəmi şifrələnmiş formada ekranda görünür: +994-00-000-00-XX
7.10. Hər tirajda 2 əsas qalib və hər bir qalibə uyğun 10 ehtiyat qalib seçilir. Uduşun alınması üçün zəruri olan Lotereya şərtlərini yerinə yetirməyən əsas Qalibə uduşun verilməsindən imtina olunur və uduş ehtiyat qalib siyahısındakı ilk İştirakçıya ötürülür. Uduşun alınması üçün zəruri olan Lotereya şərtlərini yerinə yetirən İştirakçı müəyyənləşdirilənə qədər ehtiyat qalib siyahısındakı İştirakçılarla sıra ilə əlaqə saxlanılır.
7.11. Oyunların bütün məlumatları Tiraj komissiyasının üzvləri tərəfindən imzalanan cədvəldə (protokolda) əksini tapır və Lotereyanın keçirilməsindən sonra 3 (üç) ildən az olmamaq şərti ilə Lotereyanın Təşkilatçısında saxlanılır.
7.12. İştirakçının Qalib olması və Lotereyanın şərtlərinə riayət etməklə Uduşu alması haqqında məlumat Təşkilatçının nümayəndəsi tərəfindən qeydiyyata alınmış mobil telefon nömrəsinə ilkin olaraq sms göndərərək, ardınca isə zəng etməklə verilir.
7.13. Lotereyanın keçirilməsi dövründə İştirakçının yalnız bir dəfə qalib olmaq imkanı vardır.

8.Tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılması tarixi

8.1. Lotereya 3 tirajlıdır.
8.2. Hər 3 tiraj fondu ayrılıqda 3 çəkiliş zamanı oynanılacaq.
8.3. Tirajların keçirilmə müddət və vaxtları aşağıdakı kimi olacaq:
Tiraj №1
Tirajın uduş fondunun oynanılması tarixi: 25.10.19
Başlama tarixi****: 10.10.19 00:00
Bitmə tarixi*****: 24.10.19 23:59
Müddət: 15 gün
Yer / vebsayt/: canlı yayım******: 1) pantenesaci.az vebsaytı, 2) “Sağlam Saçlar” facebook səhifəsi

Tiraj №2
Tirajın uduş fondunun oynanılması tarixi: 11.11.19
Başlama tarixi****: 25.10.19 00:00
Bitmə tarixi*****: 11.11.19 23:59
Müddət: 17 gün
Yer / vebsayt/: canlı yayım******: 1) pantenesaci.az vebsaytı, 2) “Sağlam Saçlar” facebook səhifəsi

Tiraj №3
Tirajın uduş fondunun oynanılması tarixi: 30.11.19
Başlama tarixi****: 11.11.19 00:00
Bitmə tarixi*****: 29.11.19 15:00
Müddət: 19 gün
Yer / vebsayt/: canlı yayım******: 1) pantenesaci.az vebsaytı, 2) “Sağlam Saçlar” facebook səhifəsi

● **** Başlama tarixi –məlumatların daxil edilməsinin başlama tarixi; ● ***** Bitmə tarixi - məlumatların daxil edilməsinin bitmə tarixi; ● ****** Çəkiliş olan tarixdə tirajın oynanılacağı yer və tirajın dəqiq vaxtı barədə məlumat çəkiliş tarixindən ən azı 2 (iki) gün qabaq bu şərtlərin 3-cü bəndində qeyd olunan internet səhifələrində yerləşdiriləcək.
8.4. Oyunun keçirilməsindən sonra Təşkilatçı Məlumatların Lotereyanın şərtlərinə uyğunluğunun dəqiqləşdirilməsi üçün qaliblər ilə qeydiyyata alınmış mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayır.

9.Lotereyanın şərtləri və hər tirajın keçirilməsinin nəticələri, uduşların verilməsi müddəti və qaydası haqqında Lotereya iştirakçılarının məlumatlandırılması qaydası və üsulu

9.1. Lotereyanın İştirakçılarının Lotereyanın şərtləri, nəticələri və uduşların alınması üsulu, eləcə də, Lotereyanın keçirilməsinin vaxtından əvvəl dayandırılması halları haqqında məlumatlandırılması bu şərtlərin 3-cü bəndində qeyd olunan internet səhifələri vasitəsilə baş verir.
9.2. Tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılmasının nəticələrinin açıqlanması uduşlu kodun (bundan sonra toplamda “uduşlu məlumat daşıyıcısı”) və ya onların sahiblərini eyniləşdirmək imkanı verən göstəricilərin, habelə onların hər birinə düşən uduşların kütləvi informasiya vasitəsilə və İnternet saytında elan edilməsi yolu ilə həyata keçirilir.
9.3. Lotereyanın hər tirajının uduş fondu oynanıldıqdan sonra 5 (beş) iş günü ərzində uduş fondu, uduşlu kodlar, çeklərin tarixi və qaliblərin telefon nömrəsi son iki rəqəmi şifrələnmiş formada aşağıdakı internet səhifə və müvafiq Facebook səhifəsində yerləşdirilir:
- www.guclusaclar.az;
- “Sağlam Saçlar” facebook səhifəsi
(https://www.facebook.com/saglamsaclar/)
Qaliblər bu Şərtlərin 7.12-ci və 10.1-ci bəndlərində qeyd olunan şəkildə məlumatlandırılırlar.

9.4. İştirakçıların lotereyanın keçirilməsi ilə bağlı yaranan hər hansı sualların cavablandırılması aşağıdakı qaynar xətt vasitəsilə həyata keçirilir: 088-440-00--00

10.Uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) lotereya təşkilatçısı tərəfindən qəbulu və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat

10.1. Təşkilatçı tirajın keçirilməsi günündən sonra 3 (üç) iş günü ərzində qeydiyyat zamanı qeyd olunan mobil telefon nömrəsi vasitəsilə bu Şərtlərin 7.12-ci bəndində qeyd olunan qaydada Qalib ilə əlaqə saxlayır və uduş və onun alınması qaydası haqqında məlumat verir.
10.2. Qalib olan şəxs malın nəzarət-kassa aparatının çekini, şəxsiyyətini təsdiq edən sənədi və etibarlılıq müddətinin bitməsinə ən az 4 ay qalmış ümumvətəndaş passportunu təqdim etməlidir.
10.3. Qalib malın nəzarət-kassa aparatının çekini təqdim etməzsə ona uduşun verilməsi dayandırılır və uduş seçilmiş növbəti ehtiyat qalibə ötürülür.
10.4. Lotereya təşkilatçısı uduşlu məlumat daşıyıcılarını lotereyanın Şərtlərin 10.5-ci bəndində göstərilmiş qəbul müddəti ərzində lotereya iştirakçılarının ilk tələbi ilə qəbul edir.
10.5. Tirajlı lotereyada uduşlu məlumat daşıyıcılarının Təşkilatçısı tərəfindən qəbulu və Qalib gələn iştirakçıya uduşun verilməsi həmin tiraj üzrə uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 90 (doxsan) iş günü ərzində həyata keçirilir.
10.6. Uduş Lotereya Təşkilatçısı tərəfindən uduşlu məlumat daşıyıcıları qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir.
10.7. Lotereyanın Şərtlərinə görə iştirakçının tələbi ilə Lotereyada oynanılan uduşların dəyərinin pul ekvivalentinin ödənilməsi nəzərdə tutulmur. Bununla belə oynanılan uduşlar istər tam, istərsə də müəyyən hissədə Təşkilatçının təşəbbüsü ilə məhsul ekvivatentində ödənilə bilər.
10.8. Uduşun alınması anında Qalib, hər tərəfdə 1 nüsxə qalmaq şərtilə, uduşun təhvil-təslim Aktını 2 nüsxədə imzalayır.
10.9. Qaliblər uduşlarını bu Şərtlərinin 1-ci bəndində qeyd olunan Təşkilatçının faktiki ünvanda yerləşən ofisindən ala bilərlər.
10.10. Uduşu verilmiş uduşlu məlumat daşıyıcıları Lotereyanın Təşkilatçısı tərəfindən 3 (üç) ildən az olmayan müddətdə saxlanmalıdır.

11.Uduşların alınması müddətlərinin bitməsi ilə onların tələb olunması qaydası və ya tələb olunmayan uduşların saxlanması qaydası

Lotereyanın şərtləri ilə Qalib tərəfindən tələb olunmayan uduşların saxlanması qaydası və uduşların alınması müddətinin bitməsi ilə əlaqədar olaraq onların tələb olunması imkanı nəzərdə tutulmamışdır. Tələb olunmayan bütün uduşlar Təşkilatçıda qalır və o, onları şəxsi qərarına əsasən istifadə edir.

12.İştirakçının və Qalibin hüquqları

• Lotereyanın şərtləri ilə tanış olmaq;
• Hazırkı Şərtlər ilə müəyyən olunan qaydada Lotereyada iştirak etmək, Şərtlərdəki dəyişikliklər haqqında məlumat almaq;
• Lotereyanın İştirakçısı Lotereyanın şərtlərinə müvafiq olaraq Lotereya haqqında məlumatın alınmasını Təşkilatçıdan tələb etmək;
• Uduş fondunun oynanılmasında iştirak etmək;
• Lotereyada uduş əldə etmiş İştirakçının (bundan sonra – "Qalib") 6-cı bənddə qeyd olunan müvafiq uduşun verilməsini tələb etmək;
• Qalib şəxsin uduşun verilməsinin gecikdirilməsi zamanı məhkəməyə müraciət etmək;
• Qalib şəxs uduşu üçüncü şəxslərə ötürmək hüququna malik deyildir.

13.İştirakçının vəzifələri

• Lotereyanın iştirakçıları Lotereyada iştirak etmək və Lotereyanın şərtləri ilə müəyyən olunan müddətdə uduşların alınması ilə əlaqədar olan bütün hərəkətləri yerinə yetirmək;

14.Təşkilatçının vəzifələri

• Lotereyanın Təşkilatçısı Lotereyanın keçirilməsini başa çatdırmağa, o cümlədən uduşların təqdim olunmasını həyata keçirməyə və İştirakçılara qarşı münasibətdə qanunla və bu şərtlərlə müəyyənləşən digər zəruri hərəkətləri icra etməyə borcludur;
• Lotereyanın keçirilməsinin vaxtından əvvəl dayandırılması zamanı Lotereyanın Təşkilatçısı kütləvi informasiya vasitələrində Lotereyanın keçirilməsinin dayandırılması haqqında məlumatı yaymaqla kütləvi xəbərdarlıq etməyə borcludur;
• Lotereyanın keçirilməsinin dayandırılması və ya vaxtından əvvəl dayandırılması lotereyanın Təşkilatçısını uduşların təqdim olunması və digər zəruri hərəkətlərin həyata keçirilməsi zərurətindən azad etmir;
• Lotereyanın Təşkilatçısı hazırkı Şərtlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə Lotereyanın İştirakçısı haqqında məlumatı təqdim etmək hüququna malik deyildir.
• Lotereyanın Şərtlərinin bütün tələblərini yerinə yetirmiş Qaliblərə uduşlar verilməlidir;
• Təşkilatçının Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən və ya hazırkı Şərtlərdə qeyd olunan hallardan savayı, lotereyanın İştirakçıların fərdi məlumatları istifadə etməmək və onlarla digər əlaqələrə və ya yazılı danışıqlara girməmək;
• Lotereyanın təşkili və keçirilməsi ilə bağlı aşağıdakı hesabatları və aktı maliyyə bazarlarına nəzarət orqanına təqdim etmək: tirajın uduş fondunun oynanılmasına azı 30 (otuz) dəqiqə qalmış – lotereyanın uduş fondunun formalaşdırılmasını təsdiq edən sənədlərin nüsxələri; tirajın uduş fondunun oynanılmasına azı 30 (otuz) dəqiqə qalmış– kodlar haqqında hesabatı; uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış – tiraj komissiyasının üzvləri haqqında məlumat; tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 5 (iş) iş günündən gec olmayaraq - tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsi.

15.Təşkilatçının hüquqları

• Uduşun alınması üçün zəruri olan Lotereya şərtlərini yerinə yetirməyən Qalibə uduşun verilməsindən imtina olunması;
• Qalib təyin olunmuş zaman limitində uduşu tələb etmədiyi halda, uduşdan öz qərarına əsasən istifadə olunması.
• Lotereyanın Təşkilatçısı Qalibin yazılı razılığı ilə onun adından, soyadından, fotoşəklindən, apardığı müsahibədən və onun haqqında digər materiallardan reklam məqsədilə istifadə etmək hüququna malikdir. Bu zaman Qalibə hər hansı bir əlavə ödəniş etmədən uduş zamanı onun adını kütləvi informasiya vasitələrində yayımlamaq hüququ da nəzərdə tutulur.

16.Əlavə şərtlər

• Təşkilatçının əməkdaşları və onlarla əlaqəli tərəflər (əlaqəli tərəflərin əməkdaşları), Lotereyanın hazırlanmasında və həyata keçirilməsində iştirak edən təşkilatların əməkdaşları, eləcə də, bütün sadalanan şəxslərin ailələrinin üzvləri Lotereyada iştiraka buraxılmır.
• Lotereyada iştirak etmək İştirakçıların avtomatik şəkildə hazırkı Şərtlərlə tanışlığını və tam razılığını nəzərdə tutur.
• Lotereyada qalib olan iştirakçılar yazılı razılıq verdiyi halda onların fərdi məlumatları Təşkilatçı tərəfindən istifadə oluna, eləcə də, Lotereyanın bilavasitə realizəsini həyata keçirən və Təşkilatçı ilə müvafiq Müqavilə imzalayan üçüncü şəxslərə ötürülə bilər. Razılıq qeyri-müəyyən müddətə verilir və Lotereya müddəti bitdikdən sonra təklif olunan geri götürülmə tarixindən ən azı bir (1) ay qabaq P&G-yə yazılı bildirişlə geri götürülə bilər.
• İştirakçı fərdi məlumatlarının operatoru kimi çıxış edən Təşkilatçı haqqında məlumatların alınması hüququna malikdir.
• İştirakçı tərəfindən natamam, köhnə, qeyri-dəqiq məlumatların təqdim olunması nəticəsində Təşkilatçının öhdəliklərinin yerinə yetirilməməsi zamanı Təşkilatçı heç bir məsuliyyət daşımır.
• Əgər qalibin xaricə səfər etmək imkanı məhdudlaşdırılmışdırsa bu halda təşkilatçı heç bir məsuliyyət daşımır.

Təşkilatçı - «121» MMC-in Direktoru: İvansov Ruslan Talehoviç